

Steve Jobs
Facebook milyarderlərinin həyatı.
Bu siyahının 1 nömrəsi Stiv Cobs olmasa olmazdı təbii ki. "Apple"dan qovulduqdan sonra, "Apple" tərəfindən 1 il sonra satın alınacaq olan "NeXT"i qurdu. O da bəs etmədi Pixarı aldı və qovulduqdan təxminən 10 il sonra təkrar "Apple"a qayıtdı və iPad, iPhone kimi əfsanələri yaratdı.
Tomas Edison
Western Union-da işləyən Edison ofisdə gizlicə təcrübələr
apararkən tutulduğu üçün qovuldu. Sonrasında isə tarixə keçən bir insandır.
Walt Disney
Bəli, bildiyimiz Disneyin qurucusu 1919-cu ildə Kansas City
Star adlı bir qəzetdən "xəyal gücünün kifayət qədər olmaması” bəhanəsi ilə
qovulmuş, sonrasında bir şirkət qurub iflas etmişdi. Daha sonra gözünü Hollywood-a dikən Disneyin
uğurları danışmaqla bitməz
Mark Cuban
Dünyanın ən varlı iş adamlarından olan Mark Cuban 1980-ci
ildə bir kompüter mağazasında satış işçisi olaraq çalışarkən qovulur və o gündən
sonra birdə başqası üçün işləməməyə qərar verir.
J.K.Rowling
Beynəlxalq bir hüquq şirkətinin ofisində katibə olaraq işləyən
Roulinq həmişə yazar olmağı xəyal edirdi. Buradakı işindən qovulduqdan sonra
almağa haqq qazandığı təzminatı "Harry Potter"ı yazana qədər ona dəstək oldu və
saatlarla tək bir kofe içib bu kitabı yazarkən zənnimcə hazırda qazandığı uğuru
xəyal belə edə bilmirdi.
Michael Bloomberg
Salomon Brother investisiya bankının ortaqlarından olan "Bloomberg", şirkət "Citigroup" tərəfindən satın alındıqdan sonra təzminatı verilərək işdən çıxardılır. Təzminatı ilə Bloomberg maliyyə şirkətini qurur və hazırda təxminən 39 Milyard dollarlıq bir sərvətin sahibidir.
Polkovnik Harland Sanders(KFC)
Polkovnik Sanders yəni bildiyimiz KFC-nin qurucusu və üzərində şəkli olan adam 65 yaşında ilk restoranını açana qədər onlarla dəfə əsəbi olduğu üçün işdən qovulub.
Madonna
Dunkin Donuts-da işləyən Madonna müştərilərin üzərinə səhvliklə jele tökdüyü üçün işindən qovulur. Sonrasını isə hamımız bilirik.
Şərh yoxdur