main-post-cover

    Qravitasiya dalğalarının varlğı sübut olundu

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hələ 100 il bundan öncə Albert Eynşteyn qravitasiya dalğalarının varlığını bildirmişdi. O vaxtdan bəri fiziklər həmin dalğaların axtarışında olublar. Sonunda axtarışlar öz bəhrəsini verib. Qravitasiya dalğaları həqiqətən də mövcuddur. Bugün rəsmi olaraq məlum oldu ki, 14 Sentyabr 2015-ci il tarixində interferometrik qravitasiya lazerli dalğa rəsədxanası qravitasiya dalğalarını aşkar edib. Həmin rəsədxanalar 1.3 milyard il bundan öncə yaranmış qara dəliyin hesabına qravitasiya dalğalarını aşkar ediblər. Həmin qara dəlik yaranan zaman Günəşin kütləsindən 3 dəfə böyük olmuş kütlə 1 saniyə ərzində enerjiyə çevrilib. Qravitasiya dalğaları nədir və onların kəşf olunması nə kimi önəm daşıyır?
    Qravitasiya dalğaları yüksək enerjili kosmik hadisələrin nəticəsində kainatda yaranan vibrasiyalardır. Həmin hadisələrə misal olaraq ulduzların partlamasını və yüksək kütləli qara dəliklərin yaranmasını gətirmək olar. Dalğalar fəza və zaman daxilində yayılan zaman onlar materiyanın daxilindəki atomlarda vibrasiyalar yaradırlar. Albert Eynşteyn qravitasiya dalğalarının varlığını hələ 1916-cı ildə nisbilik nəzəriyyəsinin köməyi ilə bildirmişdi. Qravitasiya dalğalarının kəşfi nisbilik nəzəriyyəsinin vacib aspektini təsdiq edir. Bu kəşf kosmosun öyrənilməsində yeni səhifə açır. Belə ki, bundan sonra kainatın öyrənilməsində elektromaqnit şüalanması artıq yeganə üsul sayılmayacaq. Massaçusets Texnologiya Universitetinin astrofiziki Scot Hughes-in sözlərinə görə alimlər qravitasiya dalğalarının köməyi ilə hələ də sirr dolu kosmik obyektləri (qara dəliklər, neytron ulduzlar və s.) öyrənə biləcəklər. Qravitasiya dalğalarında çox böyük məlumatlar mövcuddur. Fəza və zamanda baş verən vibrasiyaların formaları nəticəsində bizlər həmin vibrasiyaların yaratdıqları kosmik obyektlərin ölçülərini və digər xüsusiyyətlərini öyrənə bilərik. Başqa sözlə desək bundan sonra alimlər təkcə kainatın 5%-i təşkil edən barion kütlə haqqında deyil həmdə qalan 95%-in nədən ibarət olduğu haqqında məlumat əldə edə biləcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər