Qualcomm orta seqment telefonlar üçün möhtəşəm çipsetlər istehsal edəcək.

Qualcomm orta seqment telefonlar üçün möhtəşəm çipsetlər istehsal edəcək.

Texnologiya
08.05.2017 PAYLAŞIM

Qualcomm üst səviyyə telefonlar üçün olan çipseti Snapdragon 820’dən sonra indi də orta büdcəli telefonlar üçün olan çipsetlər istehsal edəcəyini elan edib. Snapdragon 410/412, 430 və 617’nin yerini alacaq olan Snapdragon 425, 435 və 625 daha çox performans və yeni xüsusiyyətlər ilə diqqət çəkir.
Snapdragon 425, 1.4 GHz sürətli 4 ədəd Cortex-A53 nüvəsinə və Adreno 308 GPU’ya sahipdir. Bu məhsul multimediya və sensor prosesləri əlavə olunmuş Hexagon DSP istifadə edir və bu da daha çox enerji, yəni uzun batareya ömrü deməkdir. Əlavə olaraq 16 MP şəkillər üçün cüt ISP ilə yanaşı Quick Charge 2.0 texnologiyası ilə də təchiz olunub.

Snapdragon 435’də isə səkkiz ədəd 1.4 GHz’lik Cortex-A53 nüvəsi və daha yaxşı oyun performansı təqdim edən Adreno 505 GPU yer alıb. X8 LTE modem, 21 MP’ə qədər görüntü və Quick Charge 3.0 çipsetin digər detalları arasındadır.
Son olaraq Snapdragon 625 isə 2 GHz sürətli səkkiz ədəd Cortex-A53 nüvəsinə və inkişaf etdirilmiş oyun qrafikləri təqdim edən Adreno 506 GPU’ya sahipdir. Sələfi Snapdragon 617’yə görə 35% daha az enerji sərf edən çipset bu mənada çox iddialıdır. X9 LTE modem yer alan çipsetdə; 4K video, 24 MP’ə qədər görüntü yaxalama, və ön kamerada 13 MP’ə qədər görüntü dəstəyi var. Şarj texnologiyası olaraq isə bu çipsetdə də Quick Charge 3.0’a yer verilib.









DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×