main-post-cover

    "Qualcomm"dan 3 yeni prosessor gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Qualcomm”, Snapdragon 600 seriyasına aid 3 yeni prosessorunu bu il içində təqdim edəcək!

    Qısa bir müddət əvvəl admiral gəmisi ağıllı telefonlara istiqamətli Snapdragon 835 prosessorunu təqdim edən "Qualcomm”un, orta seqment telefonları hədəfləyən 3 yeni prosessoru bu il içində təqdim etməsi gözlənilir. Admiral gəmisi ağıllı telefonlar üçün Snapdragon 835 prosessorunu təqdim edən "Qualcomm”un, alt seqmentlərdəki telefonlara istiqamətli yeni prosessorlar üzərində işlədiyi ortaya çıxdı. Yeni bir məlumata görə dünyanın qabaqcıl mobil prosessor istehsalçılarından biri olan "Qualcomm”, bu il içində yeni 3 prosessor təqdim edəcək. Orta seqmentlərdəki telefonlara istiqamətli olacağı deyilən bu 3 prosessorun Snapdragon 600 seriyasına daxil olacağı deyilir.
    Bu prosessorlardan ikisinin Snapdragon 625-in yerini alacaq olan Snapdragon 630 və Snapdragon 635 olacağı, üçüncünün isə Snapdragon 660 olacağı iddia edilir. İddialara görə, 3 prosessor da 8 nüvəli olacaq. Snapdragon 625-in inkişaf etdirilmiş versiyaları olan Snapdragon 630 və Snapdragon 635, 8 ədəd Cortex-A53 prosessor yer alarkən, "Samsung"un 14 nanometrə LLP əməliyyat sistemi ilə istehsal ediləcək olan Snapdragon 660-da 4 ədəd Cortex-A73 və 4 ədəd Cortex-A53 prosessoru olacaq. Əlavə olaraq yenə deyilənlərə görə, Snapdragon 660; Adreno 512 qrafik əməliyyat sistemi,  cüt kanal LPDDR4X yaddaş dəstəyi, UFS 2.1 yaddaş  kartı, LTE Cat 10 və 24 MP-ə qədər kamera dəstəyi ilə birlikdə gələcək.
    Linki kopyala