Yeni nəsil drone’lar gücünü Qualcomm’un özəlləşdirilmiş Snapdragon çipsetlərindən alacaq. "Qualcomm Snadragon Flight” adlı platform ilə bu möhtəşəm cihazların artan ehtiyacları ödəniləcək, qiymətləri enəcək, batareya ömürləri artacaq və yeni xüsusiyyətlər əlavə olunacaq. Gələn həftə Las Vegas\'da keçiriləcək CES 2016\'da tanıdılacaq avtonom naviqasiya sistemi kimi yeni texnologiyaların və sistemlərin bir önizləməsi olaraq şirkət kiçik reklam roliki də yayımlayıb. Xüsusilə istehsalçıları olduqca məmnun edəcək xəbər isə 4K kameralı drone qiymətlərinin bu çipset sayəsində yarı yarıya enməsidir. Əlavə olaraq isə 20 dəqiqə olan məhdud uçuş zamanları 45-60 dəqiqəyə qədər artırılacaq.
Şərh yoxdur