Paris Games Week 2015 tədbiri çərçivəsində Sony şirkəti tərəfindən keçirilmiş press-konfrans zamanı Quantic Dream studiyası eksklüziv olaraq PS4 üçün hazırlanan Detroit: Become Human adlı oyunu anons edib. Oyunun ilk trailerindəndə gördüyünüz kimi Detroit: Become Human bir neçə il bundan qabaq təqdim olunmuş Kara adlı texnodemo əsasında hazırlanır. Bir çoxları həmin texnodemonu çox bəyənmişdilər. Və həmin demodakı baş qəhrəmanın aqibəti haqqında maraqlanırdılar. Studiyanın direktoru David Cage-in sözlərinə görə məhz bu cür Detroit: Become Human oyununun ideyası yarandı. Oyunda hadisələr yaxın gələcəkdə baş verəcək. Əsas mövzu adi insanlar ilə androidlərin qarşılıqlı əlaqəsi olacaq. David Cage-in sözlərinə görə onlar oyunda insanlığın tam yeni növ intellekt ilə qarşılaşması və insanlığın hiss etmə qabiliyyətinə malik androidlərə olan münasibəti haqqında danışmaq istəyirlər. Adi insanın var olması və qəlbə malik olan android Detroit: Become Human oyununun əsas mövzularıdır. Detroit: Become Human-ın nə zaman satışa çıxacağı hələki bilinmir.
Şərh yoxdur