main-post-cover

    Qulaqlıqsız musiqi dinləməyinizə şərait yaradan ağıllı eynək: Vue

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kickstarter-da dəstək toplamağa başlayan ağıllı eynək Vue , tək bir məhsulda texnologiya həvəskarlarının bir çox ehtiyacını qarşılamaq üzərə hazırlanıb.

    Qulaqlıq taxmadan da musiqi dinləməyinizə şərait yaradan Vue, bir ağıllı qolbaq kimi aktivlik məlumatlarınızı toplayıb, Bluetooth vasitəsilə telefon zəngləri etməyinizə də şərait yaradır. 

    Ağıllı eynəklər sahəsində hələ doldurulmamış bir çox boşluq var. Vue isə bir çox ehtiyacı qarşılayaraq bu sahədə seçilən və sevilən bir məhsul olmağı hədəfləyir. Tək bir şarj ilə bir həftə istifadə edilə bilən Vue, iOS və Android cihazlara qoşularaq tətbiq üzərindən bütün nəzarətidə sizə verir. Həmçinin bu eynəyi də digər ağıllı məhsullar kimi itdiyi zaman telefonunuzdan tapmaq mümkün olur.
    Vue, KickStarter platformasında hədəfindən 524% artıq dəstək toplayıb. Lakin söz verdiyi xüsusiyyətləri isbat etməsi üçün bazara çıxana qədər gözləmək məcburiyyətindəyik.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər