main-post-cover

    "Razer" "Apple"ı yeni model MacBook Pro-ya görə sərt şəkildə təhqir etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Keçən həftə "Apple” yeni model MacBook Pro-ları təqdim etdi.

    Noutbookda olan yeni özəlliklərə baxmayaraq o, istifadəçilərin ehtiyac duyduğu bir çox interfeys girişlərindən məhrum oldu. "Razer” şirkəti isə öz növbəsində noutbookda olmayan SD giriş barəsində çox sərt zarafat edib. Belə ki, şirkətin rəsmi Twitter hesabında "Və bu Pro adlanır? S my D” (sonuncu cümlə etik normalara görə tərcümə olunmur) başlıqlı foto paylaşıb. Bu ismarıc bir çox KİV-lərin və adi istifadəçilərin arasında böyük reaksiya yaratdı. Tweet-in bəyənmə və retweet sayını nəzərə alsaq görərik ki, istifadəçilər "Razer”in zarafatını yaxşı qiymətləndiriblər. Digər tərəfdən ismarıcda olan "S my D” hissəsi açıq aşkar "Apple” və onun təqdim etdiyi yeni məhsula təhqirdir. Bir neçə saatdan sonra ismarıc silindi və "Razer” təmsilçiləri rəsmi şəkildə "Apple”dan üzr istədilər.
    Linki kopyala