Dəfələrdə oğurluq etməsinə rəğmən polis tərəfindən tutula bilməyən oğru, sözün əsl mənasında facebook-un zibilinə düşdü.
Son zamanlar ən gülməli oğru yaxalamaq səhnəsinə ev sahibliyi edən İngiltərənin Birmüngen şəhərində qəribə bir oğurluq hadisə baş verib. Silahı soyğunları ilə qadınları təhdid edən Omar Famuyide adlı 21 yaşlı oğru heç gözləmədiyi bir şəkildə tutulub. Silah və bıcağı ilə qadınları qəsb edən bu oğru hər dəfə polisin əlindən yaxşı qaça bilirdi. Son olaraq oğurluq etdiyi bir əraziyə 1 ay sonra gələn Omar Famuyide bu dəfə maşın oğurlamaq qərarına gəlib. Maşında olan qadının alnına silah dayayan "qəhrəmanımız" maşını oğurlayıb ərazidən uzaqlaşmağı bacarıb. Hadisə yerinə gələn polis isə Omar Famuyide-a həm oğurluq həm də silahlı soyğun maddələri ilə cinayət işi başladıb. Bütün həmlələrə baxmayaraq polis soyğunçunu ələ keçirməyi bacarmayıb.
Öz almində Gta 5-i real həyatda yaşayan adam sakit bir şəkildə həyatına davam edərkən yaxalanıb. Oğrunu yaxalanma üsulu isə bir xeyli gülməli olub. Beləki, maşını oğurladığı qadına silah dayadığı üçün, oğru ilə göz təmasında olan qadın Omar Famuyide -nin sifətini yadında saxlayıb. Həmin xanım facebook-dan istifadə edən zaman, tanıya biləcəyi dostlar siyahısında başına silah dayayan və maşını oğurlayan Omar Famuyide-i görüb. Dərhal polisə xəbər verən xanım, oğurunun tutulmasında böyük pay sahibi olub. 17 illik həbs cəzası alan oğru, yəqin ki, belə bir addımı facebook-dan gözləmirdi. Bu bir daha onu göstərir ki, facebook dost təklifi alqoritmini location ilə də bağlayıb. Yəni siz təmasda olduğunuz, yanında olduğunuz bir nəfəri sabah dostlar təklifində proflini görə bilərsiniz.
Şərh yoxdur