main-post-cover

    RED filmi teleseriala çevriləcək

    Digər
    07.05.2017
    Farid Pardashunas
    NBC kanalı "RED: Retired Extremaly Dangerous" və "RED 2" filmləri əsasında "RED" serialını hazırlayır. Serialın hazırlanmasında əvvəlki iki filmi yaratmış ssenaristlər Jon Hoeber və Erich Hoeber iştirak edəcəklər. Serialın istehsalı ilə Lionsgate TV və Di Bonaventura Pictures Television studiyaları məşqul olacaqlar. Warren Ellis və Cully Hammer tərəfindən yaradılmış komiks-də keçmiş CIA xəfiyyələrindən bəhs olunurdu. CIA tərəfindən həmin xəfiyyələri aradan qaldırmaq əmri verildikdə xəfiyyələr ən yaxşı bacardıqları işə geri qayıdırdılar. Filmdə baş rolları Bruce Willis, Mary-Louise Parker, Morgan Freeman, John Malkovich, Karl Urban və başqaları canlandırmışlar. Serialın mövzusu filmin mövzusundan heçdə fərqlənməyəcək. 2010-cu ildə böyük ekranlara çıxmış "RED" filmi 50 milyonluq istehsal büdcəsinə baxmayaraq 4 dəfə çox gəlir gətirmişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər