Refurbished məhsul nədir? Almağa dəyərmi?

Refurbished məhsul nədir? Almağa dəyərmi?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Facebook səhifəmizə gələn sualları nəzərə alaraq belə bir məqalə yazmağı qərara aldıq. Bu yazımızda Refurbished məhsul nə deməkdir, onun zərərlərinin olub olmadığı haqqında danışacağıq.

Reburfished dilimizə tərcümədə "yenidən əldən keçirilmiş” kimi tərcümə oluna bilər. Bu söz size yanıltmasın. Çünki müştəri məmnuniyyətini daim ön planda tutan iri şirkətlər öz məhsulları barədə cəmiyyət içərisində daim müsbət fikirlərin hakim olmasını istəyirlər. Buna görə də həmin şirkətlərin məhsulları əgər alındıqdan sonra hər hansı bir səbəbdən şirkətə geri göndərilərsə, onu ən incə detalına qədər incələyirlər. Əgər nasazlıq varsa təmir olunur. Bunu bir missal üzərində izah edək. Məsələn, siz iPhone almısınız və telefonun "home” düyməsi işləmir. Bu zaman telefonu geri qaytarırsınız və sizə əvəzində yenisini verirlər. Bu dükan şərtlərinə görə dəyişir. Geri qaytarılan telefon zavoda verilir və burada mühəndislər telefonu incələməyə başlayırlar. "Home” düyməsindən əlavə digər detalları da yoxlamalardan keçirirlər. Düymə yenisi ilə əvəz olunur, əgər başqa nasazlıq varsa, onu da həll edirlər. Təmir zamanı istifadə olunan bütün detallar tam yeni olur. Təmir olunduqdan sonra da telefon bir növ təzə telefon kimi sayılır.
Böyük firmalar, xüsusilə, bahalı məhsullar olduqda üzərində çox işləyirlər. Çünki yenidən satış zamanı problem yaranması onlar adına mənfi rəylərin formalaşmasına səbəb olur. Ona görə də bir baxımdan Refurbished məhsullar yeni məhsullardan daha güvənlidir. Bu telefonlarda problem çıxma ehtimalı, yeni telefonlarda problem çıxma ehtimalından daha azdır. Telefonlar təmir olunduqdan sonra hətta zəmanətlə satışa çıxarılır.
Buna görə də Refurbished telefonlar xalq arasında formalaşan mənfi fikirlərə sahib məhsul deyil. Yeni məhsuldan tək fərqi təmir olunmuş olmasıdır. Amma təmir olunmasına baxmayaraq, bütün detalları yeni məhsul kimi təzə olur. Qiyməti isə yeni məhsullardan xeyli ucuz olur.
Refurbished məhsullar təhlükəli və ya problemli məhsul deyil. Əgər izləyicilərimizdən bu tip məhsullar almaq istəyənlər varsa, çəkinməsinlər. Məhsul barədə biraz araşdırma edib, ürək rahatlığı ilə ala bilərlər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu tip məhsullarda problem çıxma ehtimalı yeni məhsullara nəzərən daha azdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×