main-post-cover

    Ren Lu You adlı şəxsə sevgili tapana 10.000 dollar mükafat!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Ren Lu You adlı bir nəfər yaratdığı sayt üzərindən özünə uyğun sevgili tapan şəxsə 10.000 dollar mükafat verəcəyin açıqlayıb.

    "Məni səhv başa düşməyin, qısaca öz fikirlərimi sizlərə çatdırmaq istəyirəm. Əvvəllər sevgili tapmaq çox asan indi ancaq müasir dövrdə internetin inkişafı buna əngəl törədir artıq insanlar daha çox internetdən istifadə etməyə başlayıblar.2000-ci illərə qədər uşaqlar daha çox çöldə müəyyən oyunlar oynamağa üstünlük verərdilər biraz böyüdükdən sonra dostlarla dəniz kənarına yaxud film izləməyə gedərdik beləcə yeni-yeni insanlarla tanış olurduq və real olaraq tanıyırdıq lakin zaman keçdikcə bir çox şey köklü dəyişdi və insanları internetdən uzaq tutmaq mümkünsüz hala gəldi."

    Ren Lu You adlı bu adamın  təşəbbüsünü əslində müəyyən mənada başa düşmək olar.Özünə uyğun sevgili tapan şəxsə 10.000 dollar verəcəyin bildirir.You-nun web səhifəsində tapdığınız xanımla bağlı məlumatları qeyd edirsiniz.İlk görüşdən 6 ay keçdikdən sonra You sizin hesabınıza nağd olaraq 10.000 dollar köçürür.Əslində belə düşünürəmki, əgər bu hal Azərbaycanda olsa idi, sırf adam 10.000 dolları verməmək üçün 6 ayın tamamına 1 gün qalmış qızdan ayrılardı.
    Linki kopyala