
Microsoft-un iki mühəndisi rəng korluğundan əziyyət çəkdikləri üçün problemi həll etmək üçün iOS tətbiqi ortaya çıxardılar
Rəng korluğu olan insanlar bunun nə qədər çətin olduğunu yaxşı anlayır. Rəng korluğu yaşayan insanlar rənglər arasında fərqi hiss edə bilmədiyi üçün həyatın çox hissəsində bunun fəsadlarını yaşayırlar.
Məsələn, yaşıl və qırmızı rəng arasında fərqi görə bilməyən rəng koru olan şəxs bunun hər ikisini eyni qəbul edir və qırmızı fontda yaşıl hərflə yazılan mətni ayırd edə bilmir.
Məhz bundan əziyyət çəkən Microsoft-un iki mühəndisi xəstəliyə uyğun texnoloji bir həll yolu tapıblar. Təklif olunan bu tətbiq isə iOS-da yer almaqdadır.
Adı Color Binoculars olan bu tətbiq hələki, iOS-da təqdim olunub. Amma tətbiqin Android və Windows-a da inteqrasiyası nəzərdə tutulur. Xatırladaq ki, bu xəstəlik başqa adla daltonizm adlanır. Bu tətbiqin köməyilə daltonizmdən əziyyət çəkənlər rəng tonları arasında fərqliliyi ayırd edərək rəngləri bir qədər fərqləndirə biləcəklər.