Rəqəmsal Marketinqin ən dəyərli "qida" mənbəyi : "Sosial Sübut" nədir?

Rəqəmsal Marketinqin ən dəyərli "qida" mənbəyi : "Sosial Sübut" nədir?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

ABŞ-da 120 milyona yaxın insan niyə Amerikan futbolu oyunlarının finalını izləyir heç düşünmüsünüz?

Hər gün amerikan futbolu oynadıqları ya da bu idmana dəlilər kimi bir sevgi hiss etdikləri üçün deyil əlbəttə.

Bir başqa sual…


Əgər izləmisinizsə, "Suicide Squad” filmini seçmə səbəbiniz nə idi? Rejisorun dahiyanə bir iş çıxartması ya da heyran olduğunuz aktyorların baş rolda oynaması olduğunu düşünmürük…

Bu bir həqiqətdir ki, etdiyimiz seçimlərin ehtiyaclarımızdan dolayı yarandığı kimi görünsə də, bizi o seçimlərə yönəldən şey digər insanların daha əvvəl etdikləri seçimləri təqlid etməyimizdir. Biz bu vəziyyətə "Sosial sübut” adını veririk.

Miçiqandakı bir bank işçisi, kapitanlarını tanımadığı və hətta sezon boyunca heç izləmədiyi iki amerikan futbolu komandasını, sevgilisi, bir qutu içki və kartof qızartması ilə birlikdə izləyirsə, bu seçimin səbəbi səhəri gün bankdakı günorta fasiləsində ediləcək olan söhbətlərə "fransız qalmamaq”dır. Eyni şəkildə, hərkəsin dilində olan bir filmə getmək istəyinin altında da, o filmin niyə bu qədər səs saldığını öyrənmək istəməyimizin bizdə oyandırdığı maraq yatır.

Biz insanlar professional olmadığımız hər hansı bir mövzu haqqında qərar verməli olduğumuzda ilk olaraq, özümüzə yaxın gördüyümüz şəxslərin seçimlərini təqlid edərik. Bununlada riski minimum səviyyəyə endirə biləcəyimizi düşünərik. Çünki riskə girən biz olmarıq, oxşamağa çalışdıqlarımız olar.

Onlar daha əvvəl o seçimi ediblərsə bir bildikləri vardır əlbət.

Bəs niyə internet dünyasındakı strategiyalarımızı da bu metaforaya görə hazırlamırıq ki?

Diqqətə almanız gərəkdiyini düşündüyümüz bir neçə məsləhətimiz var:

Başqalarının nə etdiyini göstərin: Sürünün qabağında gedən qoyun uçurumdan aşağı tullandığında digər qoyunların da ardından tullanacağı kimi, cəmiyyətdəki insanlar da biz hiss etmədən hərəkətlərimizə ilham qaynağı olurlar. Aşağıdakı həll üsulları vasitəsilə bu vəziyyəti şirkətimizin leyhinə istifadə edə bilərik.

İstifadəçilərə ən məşhur/ən çox satılan məhsulları təklif edin

"Bu məhsulu alanlar bunları da aldı” məsləhətini verin

Əgər vebsaytınız e-ticarət üslubundadırsa ən çox reytinq alan satıcı və məhsulları sıralayın

Məhsul səhifənizdə, professionalların məhsulunuz haqqında dedikləri sözlərdən ibarət bir sahə yaradın

"Hal-hazırda bu məhsula 45 nəfər baxır” tipli ifadələrlərlə istifadəçilərin o səhifədə yalnız olmadıqlarını hiss etdirin.

 

Qıtlıq yaradın: Əgər universitetdə "İqtisadiyyat” dərsi keçmisinizsə qıtlığın mütləq və mütləq tələb yaradacağını öyrənmiş olmalısınız. Çünki az olan dəyərlidir, dəyərli olan isə hər kəs tərəfindən arzu edilir. Dünyanın ən bahalı almazını düşünün. Onu bu qədər dəyərli edən şey dünyada onun kimi başqa almas olmamasıdır. Əgər hərkəsin evində o almasdan olsaydı, yeni birini satın aımaq üçün bir qəpiyimizi belə xərcləməzdik.

Qıtlıq faktoru yaratmaq üçün, məhsullarınızın qiymət sahəsinin yanında görünəcək bir yerdə aşağıdakı həll üsullarını yerləşdirə bilərsiniz:

"Sadəcə 2 günlüyünə”

"Məhdud sayda”

"Stokda sadəcə 3 ədəd qaldı”

"Bu təklif 3 saat 45 dəqiqə sonra yekunlaşacaq”

"Ramazan ayına özəl endirim”

"Bu qiymətə son 2 məhsul”

"Stok sayı məhduddur” və s.


 

Digər insanların şərhlərini oxudun: İstifadəçilər qərarlarını verməzdən əvvəl digər insanların o məhsuldan razı qalıb-qalmadıqlarını bilmək istəyirlər. Bunu öyrənmələrinə köməkçi olmaq üçün məhsul səhifəsinə şərh bölməsi əlavə etməlisiniz. Bununla istifadəçilər başqa saytlarda şərh axtarmaq yerinə saytdan çıxmadan şərhləri oxuya bilərlər. Bu e-ticarət üçün mütləqdir. Çünki saytı tərk etdikləri andan etibarən keçən hər saniyədə satın almaq fikirlərini dəyişmək ehtimalları artar. 

 

Sosial Mediaya dəyər verin: Vebsaytınızda yerləşən sosial media ünsürləri, insanların məhsullara daha çox inanmalarına gətirib çıxardacaq. Bir neçə məsləhətimiz:

İnsanlar hər zaman məşhur şeylərlə maraqlanırlar. Aşağıdakı şəkildə də bunun ən yaxşı nümunəsi var. İlki sadəcə 0 və 1-lərdən, boş rəqəm toplusundan ibarət olarkən, ikincisi paylaşma istəyi oyandırır. Burada məhsul səhifənizdəki paylaşımların tənzimlənmələrindən, rəqəmləri süni olaraq yüksəltməyinizdə sizə kömək edə bilər.

Məhsul səhifənizə sosial media hesablarınızı neçə nəfərin izlədiyini göstərən vasitələr əlavə edin. Sadiq kütlə toplamaq məqsədli bir saytınız varsa istifadəçilərə ödənişsiz materiallar (e-kitab, məhdud xidmət, sınaq versiyaları) təqdim edin. Bunları əldə etmək üçün də məhsulu sosial media da paylaşmaq şərti əlavə edin. İnternetdə bunun texniki tərəfini həll edən çoxlu plaqinlər mövcuddur.

Neçə nəfərin hərəkətə keçdiyini deyin: İstifadəçilər məhsulu almazdan əvvəl ağıllarından belə keçirdirlər ; "Əgər minlərlə insan aldısa mütləq bir bildikləri var”. Bu düşüncə sistemi manipulyasiya edilməyə çox əlverişlidir. Necə? Məhsulun bu günə qədər neçə nəfər satın alındığını göstərməklə.

E-mail Marketinq istifadə edirsinizsə bu xidmətinizə üzv olan neçə şəxsin olduğunuda əlavə edin. Müştəri sayınızı çəkinmədən deyin və ən dəyərli olanlarının loqolarına yer verin.

 

Nə olduğunuzu göstərin: Məhsullarınız onminlərlə insan tərəfindən istifadə edilə bilər. Bəlkə də o məhsul kateqoriyasında ən çox sizin məhsulunuz satılır. Ancaq bunu insanlara deməsəniz, onları adi məhsullar satmadığınıza inandıra bilmərsiniz. Tv reklamlarını xatırlayın. Hardasa hər reklamda "Dünyanın bir nömrəli diş pastası”, "Azərbaycan-ın bir nömrəli mobil operatoru”, "Bütün ev xanımlarının seçimi” kimi ifadələr ilə qarşılaşırıq. Bu ifadələrin kökündə də bu "sosial sübut” mexanizmi yatır.

Bəs nələr deyə bilərsiniz? Bu tamamilə xəyal gücünüzə bağlıdır. İstər bütün Azərbaycanın sizi seçdiyini deyin, istər ən çox sizin sevildiyinizi. Dediyiniz şeylər ölçülə bilmədiyi müddətcə bir problem yoxdur deməkdir.

Ən sürətli böyüyən şirkət olduğunuzu, məşhur şəxslər ya da professionallar tərəfindən məsləhət görüldüyünüzü, ən çox müsbət şərh alan şirkət olduğunuzu, ən çox seçilən şirkət olduğunuzu, ən gənc və ən təcrübəli şirkət olduğunuzu deyə bilərsiniz.


Fərid Pərdəşünas
Technote Ekspert
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×