

Sony şirkətinin E3 2016-dakı press-konfransı zamanı Capcom Resident Evil 7: Biohazard oyununu anons edib. Qeyd etmək lazımdır ki, seriyanın son oyunlarından fərqli olaraq yeni Resident Evil fps (first-person-shooter) üslubunda olacaq. Bundan əlavə olaraq oyun PlayStation VR cihazını dəstəkləyəcək. Resident Evil 7-nin hadisələri 6-cı hissədəki hadisələrdən sonra Amerikanın kəndlərində cərəyan edəcək. "Resident Evil 7 məşhur oyun seriyasının tamamilə yeni bir qoludur. O öz qorxu elementləri ilə horror janrını sevən oyunçulara yeni qorxu hisləri yaşadacaq. Resident Evil 7 20 il bundan öncə seriyanın yolunu təyin edən bütün elementləri özündə birləşdirir. Yeni Resident Evil sayəsində horror janrlı oyunlar yeni mərhələyə qalxacaq” – deyə oyun haqqında məlumat verilib. Resident Evil 7: Biohazard 24 Yanvar 2017-ci il tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Şərh yoxdur