main-post-cover

    Rəsmi məlumat: PS2 oyunlarını PS4-də oynamaq mümkün olacaq

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Sony Computer Entertainment şirkəti rəsmi olaraq PS2 oyunlarının PS4 konsolunda oynamağın mümkün olacağını bildirib. Bu barədə məlumatlar hələ verilməsədə güman olunur ki, yaxın gələcəkdə PlayStation Store servisində PS4 konsolu üçün PS2 oyunları satışa çıxacaq. Hələ bu ilin sentyabr ayında PEGI saytında PS4 üçün Ape Escape 2, Dark Cloud 2 və Twisted Metal: Black oyunları haqqında məlumat var idi. Lakin sonradan həmin məlumatlar silindi. 
    "Biz PS2 konsolundakı oyunları PS4-ə keçirdəcək emulyator texnologiyası üzərində çalışırıq. Bu barədə bildirə biləcəyimiz yeganə məlumat hələki budur" - deyə Sony rəsmiləri qeyd ediblər. İşlək vəziyyətdə olan emulyator haqqında məlumatı ilk olaraq Eurogamer saytı bildirmişdir. PS4 üçün olan Star Wars: Battlefront komplektinə həmçinin vaxtı ikən PS2 üçün satışa çıxmış 3 oyun da daxildir. Həmin oyunlar PS2-ə xas olan loqo və səslə işə düşür və standart idarəetmə ilə PS2 yaddaş kartının köməyi ilə işlədikləri haqqında mesajı televizorun ekranında göstərirlər. Bundan əlavə onlar həmçinin achievement-lər funksiyasını da dəstəkləyirlər.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər