Bu ilin əvvəlində Reddit portalının istifadəçiləri bəstəkar Steve Jablonsky-nin IMDB səhifəsində Battlefield 5 oyununun ola biləcək ilkin məlumatlarını aşkarlamışdılar. Həmin məlumatlardan məlum olmuşdur ki. Battlefield 5: Armageddon adlı oyunda hadisələr uzaq gələcəkdə baş verəcək. Baş qəhrəman isə Yaponiya uğrunda gedəcək dəhşətli müharibəyə qatılacaq. Battlefield oyun seriyasının inkişafı üzrə direktoru Dan Vanderlind bugün təsdiq edib ki, DICE studiyası həqiqətən də yeni Battlefield üzərində çalışır. Bundan əlavə olaraq komandanın bir hissəsi Star Wars: Battlefront oyununu dəstəkləməkdə davam edəcək. Qeyd edək ki, seriyanın son oyunu olan Battlefield Hardline Visceral Games tərəfindən hazırlanmışdır.
Şərh yoxdur