Rəsmləri analiz edərək melodiya bəstələyən süni zəka təqdim olunub

Rəsmləri analiz edərək melodiya bəstələyən süni zəka təqdim olunub

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Biz hər dəfə süni zəkanın istifadə olunacağı sahələr barəsində müzakirələr aparanda əsasən logistikanın effektivliyi, istehsalatın avtomatlaşdırılması, ağıllı ev sistemləri və müxtəlif texnikanın idarəsi, mürəkkəb hesablamalar haqqında düşünürük. Bəs əgər biz süni zəkanı insanın mütləq bir faktor kimi hesab olunduğu bir sahədə istifadə etsək onda necə? Məsələn incəsənət sahəsində. Çin axtarış sistemləri üzrə lider şirkət olan Baidu Pekində yerləşən Ulles müasir incəsənət mərkəzində keçirdiyi sərgi vasitəsilə bu suala cavab verməyə çalışıb. Sərginin mərkəzində müxtəlif rəsmləri analiz edərək ilhamlanıb orijinal musiqi bəstələməyi bacaran süni zəka yer tutub. Həmin bəstələri aşağıda təqdim olunmuş videoda dinləmək olar. Videoda süni zəka tərəfindən bəstələnmiş iki melodiya təqdim olunub. Birinci melodiya (0:38 saniyədən başlayaraq) məşhur rəssam Vincent Van Gogh-un "Starry Night” adlı rəsm əsəri, ikinci melodiya isə adı bilinməyən çinli rəssamın yaratdığı rəsm əsəri (çaparaq qaçan atlar) əsasında bəstələnib.


Süni zəka bunu necə edir? İlk öncə süni zəka rəsmin ilkin məzmununu analiz edir. Beləliklə o rəsmdə hansı obyektlərin (insan, heyvan və s.) əks olunduğunu müəyyən edir. Daha sonra süni zəka rəsmin rəng spektrini müşahidə edərək üstünlük təşkil edən çalarları seçir. Beləliklə rəsmin emosional fonu (qırmızı-ehtiras, sarı-istilik, yaşıl-həyat və s.) müəyyən edilir. Obyektləri və emosiyaları bir yerə yığaraq süni zəka hazır partitur (çoxsəsli vokal, instrumental yaxud vokal-instrumental əsərin not yazısı) bazasına müraciət edərək musiqini bəstələyir. Hər-bir incəsənət nümunəsi son dərəcə subyektiv bir şeydir. Buna görə də süni zəkanın ona göstərilmiş rəsmlər əsasında hansı dəqiqliklə musiqi seçimi etməsini adi insan məharəti ilə müqayisəsini qiymətləndirmək çətindir. Lakin onu da qeyd etmək lazımdır ki, Van Gogh-un əsəri üçün süni zəka daha sakit melodiyanı seçdiyi halda adı bilinməyən çinli rəssamın əsəri üçün isə daha həyəcanlı və ritmik melodiya seçmişdir. Sərgi 21 avqust tarixinə kimi davam edəcək. Bu müddət ərzində süni zəkanın yaradıcı potensialını qiymətləndirmək üçün bir sıra təcrübələr aparılacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×