main-post-cover

    Robert Downey Jr. "Sherlock Holmes 3" filminə aydınlıq gətirib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Sherlock Holmes 3” filminin çəkilişləri çox güman ki, bu ilin sonuna kimi start götürəcək. Bu barədə aktyor Robert Downy Jr. müsahibələrin birində qeyd edib. "Biz hal-hazırda bu barədə danışıqlar aparırıq. Müəyyən hazırlıqlar görmək lazımdır. Əgər Skype vasitəsi ilə film çəkmək olsaydı yəqinki biz bir həftəyə bu işi bitirərdik. Lakin bu cür filmlərlər ilə məsələ biraz qəlizdir. Buna baxmayaraq biz çalışacağıq ki, filmin çəkilişlərini bu il bitirək. Təbii ki, bu irimiqyaslı bir layihədir və sözün düzü mən bir qədər yorulmuşam. Lakin buna baxmayaraq öz işimi sevərək görəcəm” – deyə aktyor bildirib. Qeyd edək ki, hələ keçən il filmin prodüsseri və ssenaristi Lionel Wigram bildirmişdi ki, "Sherlock Holmes 3” filminin ssenarisinin hazırlanması artıq son mərhələdədir. Lakin o vaxtdan film barəsində yeni məlumat verilməmişdi. Robert Downy Jr. filmin nə zaman böyük ekranlara çıxacağını qeyd etməyib. Daha əvvəl güman olunurdu ki, film 2017-ci ildə izləyicilərə təqdim olunacaq. Lakin aktyorun çəkiliş qrafiki çox güman ki, buna imkan verməyəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər