main-post-cover

    Rolls-Royce Wraith-in xüsusi buraxılışı təqdim olundu.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    İngilislərin qüruru Rolls-Royce xüsusi buraxılışlarla model seriyasını zənginləşdirməyə davam edir. Bu dəfəki xüsusi model məşhur Wraith seriyasının St. James şərəfinə adlandırılmış versiyasıdır. Avtomobilin eksteryerində xrom detallar, qırmızı rəng və beş qollu disklər çox gözəl ahəng yaradır. Ənənəvi arxaya doğru açılan qapılar isə həmişəki kimi premium görüntünü tamamlayır.
     
    Maşının kapotunun altında bütün Wraith modellərində istifadə olunan 6.6 litr həmli, 12 silindirli, iki turbolu mühərrik yatır. Bu mühərrik 1500-5500 dövr/dəqiqə arasında 800nm torque və 624 at gücü hasil edə bilir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər