main-post-cover

    "Romantik layihə" hər kəsin diqqətini cəlb edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bostonda çox maraqlı bir layihəyə start verilib. Bu layihəni "romantik layihə” adlandırmaq mümkündür. Belə ki, Mass Poetry təşkilatı və Boston bələdiyyəsi "Raining Poetry” adlı romantik layihəsində şəhərin mərkəzi küçələrində şeirlər yazırlar. Amma bu şeirlər şəhərin ümumi estetikasını pozmayaraq, yalnız yağış yağanda görünürlər. Bunun səbəbi isə yazıların sudan təsir görməməsi və təbiətə ziyan verməyən qarışıqlardan təşkil olunan spreyin istifadə olunmasıdır. Bilmək olmaz bəlkə də Boston bələdiyyəsi sadəcə insanların bir-birinə olan diqqətini artırmaq, həyatımızı zəbt edən texnologiyalardan bir qədər ayrılıb həyatdan zövq alması üçün bunu edib. Nə məqsədlə edilməsinin heç bir önəmi yoxdur. Əsas odur insanlara xoş təsir bağışlayır. Yazılan yazıların içində Daniel Borgess, Elizabet McKim, Lenqston Xyuz, Barbara Helfqott Hyett, Qari Duehr fikirləri yer alır.



    Linki kopyala