main-post-cover

    Roskosmos meymunları Mars-a göndərəcək

    07.05.2017
    Farid Pardashunas
    İlk meymun kosmonavtlar keçən əsrin 50-ci illərində ABŞ-da yaranmışdır. İndi isə Roskosmos (Rusiya Federal Kosmik Agentliyi) meymunları kosmosa göndərməyi planlaşdırır. Meymunların kosmosa göndərilməsi proqramı hələ 80-ci illərdə Rusiyada yaradılırdı. Daha əvvəllər sovet kosmonavtikası bu missiya üçün itləri hazırlayırdı. Lakin sonra amerikalıların variantı üstün tutuldu. Meymunları "Bion" adlı kosmik apparat vasitəsi ilə bioloji müşahidələr üçün kosmosa göndərirdilər. İndi isə meymunları yeni missiya gözləyir. Makakaların rezus növünün 4 təmsilçisi Mars-a yollanacaq. Onların hazırlanması Roskosmosun tələbi ilə Mediko-bioloji problemlər institutunun mütəxəssisləri tərəfindən aparılır. Meymunlara həddən artıq yüklənməni dəf etmək və komputerdə çətin olmayan əməliyyatları həyata keçirtmək öyrədilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər