Rus hackerlər mərkəzi bankın hesablarından külli miqdarda pul oğurladılar
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Hacker dediyin şey klaviatura başında dayandığı kimi dayanmır. Rusların dünyaya qan udduran hackerləri bu dəfə də Rusiyanı vurdular. Bəs nələr yaşandı?
Rus hackerlərin ABŞ Prezidentlik seçkiləri sırasında Hillary Clintonun komandasını hack etməsi və prezidentliyə namizədin bütün yazışmalarını ortaya çıxartmaları, əfsanəvi bir hacking əməliyyatı olaraq insanlıq tarixindəki yerini aldı.
Əlbəttə bu və bənzər hacking əməliyyatıları ilə özlərinə layiqli bir məşhurluq qazanan Rus hackerlər indi də Rusiyanın başına bəla oldular.
Rusiyanın mərkəzi bankı, Bank of Russia, Rus hackerlərin hücumuna məruz qaldı və bankın rəqəmsal hesablarından 2 milyard rus rublu məbləğində pul oğurlandı. Bu da təxminən 54.4 milyon Azərbaycan manatına bərabərdir.
31 milyon dollarlıq oğurluq, kiçik bir məbləğ sayılmasa da, Rusiyanı çökdürə biləcək bir rəqəm heç deyil. Ancaq əsl problem başqadır... Son dərəcə təhlükəsiz olması mütləq olan Rusiya Mərkəzi Bankı serverlərinə hackerlərin rahatlıqla daxil olaraq, öz hesablarına pul köçürdə bilmələri, Rusiyada böyük bir təhlükəsizlik çaxnaşması yaratdı.
Ruslar indi bu problemi həll etmək üçün bütün detalları incə-incə araşdırıb, daha böyük fəlakətlərin qarşısını almağa çalışırlar..
Mənbə: http://money.cnn.com/2016/12/02/technology/russia-central-bank-hack
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək