Rusiya, Android və iOS hakimiyyətini Sailfish OS ilə qırmağa çalışacaq

Rusiya, Android və iOS hakimiyyətini Sailfish OS ilə qırmağa çalışacaq

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Finlandiyanın yeni Nokiası olmaq üçün yola çıxan "Jolla", uzun müddətdir davam edən səssizliyini pozdu. "MeeGo"nu satın aldıqdan sonra öz açıq mənbə kodlu mobil əməliyyat sistemi Sailfish OS-i hazırlayan şirkət, Rusiyanın Android və iOS alternativi olmaq üçün vacib bir addım atdı. 

Sailfish OS-i həqiqi mənada müstəqil bir mobil əməliyyat sistemi olaraq təqdim edən "Jolla", xüsusilə istifadəçi gizliliyi və təhlükəsizliyə üstünlük verir. Mərkəz olaraq ABŞ-da qərarlaşmış mobil əməliyyat sistemlərinə (Android və  iOS) rəqib olduqlarını gizlətməyən şirkət, bu baxımdan baxıldığında Rusiya ilə ortaq bir vizyonu paylaşır və Rusiya bazarında istifadə edilə bilməsinə şərait yaradacaq bir razılığa imza atır. 
Techcrunch-da paylaşılan məlumatlara görə Rus şirkəti Open Mobile Platform (OMP) ilə sertifikasiya müqaviləsi imzalamış və OMP CEO-su Pavel Eyges-ə görə Sailfish OS gələcəyin alternativ mobil əməliyyat sistemi olmağa namizəddir. Sailfish OS korporativ / ictimai sahədə  və müstəqil qurum və ya şəxslərlə münasibətlərini gücləndirərək Rusiya bazarında özünü göstərməyi bacaracaq.
Rusiya hökuməti, 2015-ci ildə iOS Android-in 95% olan bazar payını 2025-də 50%-ə qədər aşağı salmağı hədəflədiyi bilinir və OMP-nin bu mənada yolunun açıq olduğunu demək heç də səhb olmaz. Beləki Rusiya Rabitə və Kommunikasiya Naziri Nikolay Nikiforov, Twitterdəki paylaşımları ilə Android və iOS əleyhdarı fikirlərini ortaya qoymaqdan çəkinməmişdi. 
  
Sailfish OS-in indiyə qədər böyük bir təsir göstərdiyini demək çox da düzgün olmaz. Lakin investisiya tapmaq mövzusunda çətinlik çəkmədiyi və korporativ / ictimai sertifikasiya tərəfinə yönəldiyi də paylaşılır amma Android tətbiqlərini işlədə bildiyini də paylaşmaq lazımdır. Yəni mobil əməliyyat sistemlərinin performansdan sonra gələn ən vacib problemini bir cür həll etdiklərini deyə bilərik. 
Artıq Rusiyada ictimai layihələrdə də istifadə edilə bilmək şansını əldə edən "Jolla", 2014-cü ildə "Snapdeal" ilə Hindistan bazarına, "Mobile Invest" iş ortaqlığı ilə isə Qazaxıstan bazarına giriş etmişdi.
"Jolla" Co-founderi və CEO-su Sami Pienimaki, Sailfishin məhsuldarlığını artırmağı hədəflədiklərini və bir ölkə səviyyəsində uğur hekayəsi yazmaq istədiklərini deyir. Mobil əməliyyat sistemləri ilə paylaşdığımız məlumatların vacibliyini də vurğulayan Pienmaki, Çin və CAR ilə də görüşlər keçirdiyini əlavə edir.  
 
"Jolla"nın investorlarının OMP-də hissədar olduğunu da bildirək və irəlidəki zamanlarda mobil əməliyyat sisteminin iOS və Android duopoliyasına qarşı nə qədər güclənəcəyini izləməyə davam edək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×