

Rusiyalı İvan Makarov Kutuzov nigah qeydiyyat şöbəsinə qeyri-adi istəklə müraciət edib. Belə ki, 36 yaşlı İvan "Pokemon GO” oyunundan olan virtual personaj ilə ailə həyatı qurmaq istəyir.
Məlumata əsasən İvan, Kutuzov nigah qeydiyyat şöbəsinə müraciət edərək Ditto adlı pokemonla ailə həyatı qurmaq istədiyini və bu istəyi nəzərə alaraq onun nigahının qeydiyyata alınmasını tələb edib. "Mən Ditto pokemonunu sevirəm. Onu tutmaq demək olar ki, mümkün deyil. Mən onu tutmaq üçün uzun zaman sərf etdim. Lakin tuta bilmədiyim üçün onunla evlənməyə qərar verdim. Ümid edirəm ki, o mənim həyatıma gələcək və biz pokemonlar yaradacağıq. Ditto ən nadir, ən gözəl və mənim kimi kökdür. Bir yerdə biz mükəmməl cütlük ola bilərik” – deyə İvan Makarov bildirib. Technote.az-ın "Macdigger” saytına istinadən verdiyi xəbərə əsasən Makarov daha öncə də pokemonla rəsmi nigah qeydiyyatından keçmək istəyib. Lakin onun istəyi rədd edilib.
Rusiyalı gənc Pokemon GO oyununda rekorda imza atıb
"O çox həsas və tez sınandır. Onu, özü sizə gəlməyənə kimi tutmaq qeyri-mümkündür. Mən başa düşdüm ki, hansısa qadını fəth etmək üçün mən ona ürəyimi bəxş etməliyəm. Mən onun qarşılıqlı sevgisinə inanıram. Əgər bütün bunlardan sonra o mənə fikir verməsə mən bilmirəm nə edəcəm” - deyə İvan Makarov bildirib.
Şərh yoxdur