\'Isaak Nyuton"un 19 yaşında ikən etdiyi günahlarını yazdığı siyahı
07.05.2017
Farid Pardashunas
1642-1727-ci illərdə yaşamış olan məşhur İngilis fiziki Nyuton-u hamımız "Alma və Ətalət qüvvəsi” hadisəsindən tanıyırıq.
Dini bütöv bir insan olaraq bilinən Isaak, nə səbəbdən
olduğu tam olaraq bilinməsə də 19 yaşında ikən etmiş olduğu günahları bir
siyahı halına gətirib.
Nyutonun 19
yaşında ikən etdiyi günahları yazdığı bir siyahı tapılıb və siyahıda 48 ədəd
günah etdiyi yazılıb. Bunlardan bəziləri belədir:
-
Insanlardan
tanrıdan qorxduğumdan daha çox qorxmaq
-
Tanrının
evində alma yemək
-
Ölməyi
ummaq və bunu gözləmək
-
Anamı və
atamı evlə birlikdə yandırmaqla təhdid etmək
-
Pis sözlər,
hərəkətlər və xəyallara sahib olmaq
-
Bacımı
çimdikləmək
-
Anamın
meyvə və şirniyyat qutusundan bir şeylər oğurlamaq
-
Doroti
Roz-a "fahişə” demək
-
Anama pis
davranmaq
-
Bacıma pis
davranmaq
-
Xidmətçilərlə
dava etmək
-
Dünyəvi
dərdləri tanrıdan daha çox düşünmək
-
Kilsəyə
getməyi unutmaq
-
Artur Storer-i
döymək
-
Edvard
Storer-dən gilas oğurlamaq
-
İnancıma
uyğun yaşamamaq
-
John
Keys-in papağının içinə, ona batması üçün toplu iynə qoymaq
Dini bütöv bir
insan olan Nyutonun, Storerlərlə nə kimi bir dərdi var idi bilmirik amma görünən
odur ki, Nyuton heçdə onlara xoş münasibət göstərmirmiş. Birdə ana və atasını
ev ilə birlikdə yandırmaq kimi çılğın arzuları olmuş ki, tam olaraq səbəbini
bilməsək də zənnimcə buna ərgənlik adı
verə bilərik.
Demək ki,
dünyanın ən böyük fiziklərindən də olsan, Ərgənliyini yaşayırmışsan :)
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)