main-post-cover

    Sadəcə 5 dollara kompyuter ala bilərsiniz!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Mini kompyuterləri ilə özünü təsdiqləmiş Raspberry Pi, IoT üçün daha bir kompyuterini tanıtdı. "Raspberry Pi Zero” adlı proqramlana bilən kompyuterin qiyməti isə sadəcə 5 dollaradır. 65mm x 30mm x 5mm’lik ölçüləri ilə şirkətin ən kiçik kompyuteri adını alan Raspberry Pi Zero digər kompyuter və onun atası sayılan Raspberry Pi 2 B kimi 35 dollarlıq versiyadan həm qiymət, həm də ölçü olaraq fərqlənir.
    Məhsulun texniki göstəriciləri isə belədir:
    • 1GHz ARM11 nüvəli Broadcom BCM2835 prosessoru (Raspberry Pi 1’ə nəzərən 40% sürətlidir)
    • 512MB LPDDR2 SDRAM
    • Micro-SD kart slotu
    • 1080p60 video çıxışı üçün Mini-HDMI slotu
    • Data və güc üçün micro-USB slotu
    • 40-pin GPIO başlığı
    • Kompozit video slotu
    Raspian və bütün sevimli proqramlarınızı işlədə biləcək olan Raspberry Pi Zero ilk olaraq İngiltərə’də satışa çıxarılıb. Qısa zaman ərzində isə bütün dünyada satışda olması planlaşdırılıb.
    Linki kopyala