main-post-cover

    Sadəcə 7$-a ağıllı telefon sahibi ola bilərsiniz!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hal-hazırda 30 Manatdan ucuz telefon tapmaq belə çox müşkül məsələ ikən, təxminən 12 Manat qiymətinə satılacaq olan ChampOne istehsalı Android telefon, təəccüblü olsa da orta səviyyə xüsusiyyətlərə də sahibdir.

    Smartfon sektoru dünyanın ən sürətli böyüyən bazarlarındandır və hal-hazırda təxminən 65-dən artıq istehsalçı bu bazarda fəaliyyətdədir. Lakin indi sizə bir Hindistan şirkətindən danışacağıq.
    Hindistan, dünyanın ən böyük ikinci smartfon bazarına sahibdir və burada maddi olaraq, yarım ildə 50 milyon dollarlıq smartfon satışı reallaşır. Buna görədə bu 65 brend də, öz aralarında böyük bir rəqabətə girirlər. Bazarın genişliyi və gələcəkdəki potensialı da göz qabağına gətirəcək olsaq, bu rəqabət çox da təəccüblü deyil. Rəqabət, qiymətlərin olduqca azalmasına və keyfiyyətin artmasına gətirib çıxarır. Hətta "Samsung”, "Micromax” və "Xiaomi” kimi nəhəng şirkətlər artıq indidən 100 dollardan ucuz smartfon satışına başlayıblar.
     

    Hindistanda Yeni Dəb "Ucuz Telefonlar”

    İndi isə Hindistan bazarında "ChampOne” adlı yeni bir brend ortaya çıxır və C1 adlı smartfon modellərini təxminən 12 Azn ( dəqiq olaraq 7 Dollar) kimi çox ucuz qiymətə satışa çıxaracağını iddia edir. Kağız üzərində orta səviyyəli bir telefon kimi görünən ChampOne C1, 5 inç HD ekrana, barmaq izi skanına, 2 GB RAM-a, 8 MP arxa kameraya və 1.3 GHZ tezlikli MediaTek MT6735 SoC prosessora sahib olacaq.
    Firmanın rəsmi web saytında, ChampOne C1 model telefonunun 2 Sentyabrda satışa çıxarılacağı və ilk vaxtlar 7 dollar qiymətinə satılacağı məlumatı yer alarkən, daha sonra 120 Dollara qədər bahalaşacağı qeyd edilir. Buna baxmayaraq, web saytında satın alım bölməsində bəzi problemlər olduğu da istifadəçilərdən gələn şikayətlər arasındadır.
    Təbii olaraq, insanların ağlında sual işarələri yaranır. Yenə də, telefon 7 dollara satılsın ya da satılmasın, reklamlar işə yaramış kimi görünür çünki, ölkədə hamı ChampOne C1 barədə danışır.
    Əslində bu, smartfon bazarında ilk belə hadisə deyil. Daha əvvəllər də müxtəlif brendlər "real olmayan” qiymətlər təklif edərək, müştərilərin marağını cəlb etməyi bacarmışdı. Şimali Hindistandan "Ringing Bells” adlı bir firma, Fevral ayında məşhur Freedom 251 modelini 3.5 dollara satışa çıxarmışdı lakin daha sonra dövlət ilə məhkəməlik olmuşdu!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər