Sahibkar olduğunuzu deməyin

Sahibkar olduğunuzu deməyin

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

James Altucher amerikalı biznesmen, yazıçı və podkasterdir. O 20-dən çox şirkət yaratmış və dediyinə görə 17-sində uğursuz olmuşdur. 11-dən çox kitab yayımlamışdır və insanların kitablarına olan maraqları onu "bestseller”lər siyahısına salmışdır. James Altucher bu barədə öz bloqunda insanlara məsləhət xarakterli yazılar da yazır. Əslində bu işlərin necə olduğunu, bu yolda nələr lazımdır kimi sualları cavablayır. Həmin yazılardan birini təqdim edirik:

James Altcuher-in dilindən..


Biznesmen olduğunuzu iddia etməyin!

Mən artıq 15 ildir ki, yatmıram. İlk işimdən imtina edib, öz biznesimi qurduğumdan bəri gecəm-gündüzüm qalmayıb. Hansı ki, ilk biznesim sadəcə 18 ay fəaliyyət göstərə bildi. Mən bütün gün işləyirdim, səhərlər ilk işim üçün, gecələr isə öz biznesim üçün. 8 il ərzində dost qazanmadım. Mən öz biznesim üçün iki ev və evliliyimi itirdim.

Biznes sahibi olmaq stresslidir, əziyyətlidir və tez-tez intihar haqqında düşündürür.

A) 85% insan uğursuz olur.

Sadəcə 15% uğurlu olan insan bunu təsadüfən bacarır.

B) Proqram biznes deyil, funksionallıqdır.

Biznesin müştəriləri, gəlirləri olur və insanlara problem həll etmək üçün kömək edir.

C) Sahibkarlıq sənətdir.

Hər hansı yeni bir şey yaratmaq alıcı və satıcı arasında bunu bir sənət işi kimi göstərir. Məsələn iPod müasir abidədədir.

Elə bir şey düzəldin ki, həm siz, həm də müştərilər onu sevsin. Sevgi sahibkarlıqdır - dünyanın daha yaxşı bir yer olacağı ümidilə ulduz dolu bir boşluğa atılmaq kimidir.

D)Real sahibkarlıq riskli deyil.

Müştəriniz olmadan bir qəpik belə xərcləməyin. Bu mümkünsüz görünə bilər, amma bu haqda düşünün.

E) Bu siz olmamalısınız, bu peşə, sənət olmalıdır.

Düşünün ki, siz məşqçisiniz və insanlara biznesi necə idarə etmək lazım olduğunu öyrədirsiniz. Onda burada sadəcə mərkəz sizsiniz. Əgər siz özünüzü biznesdən çıxarsanız və insanlar hələ də bu biznesə inansalar, onda bu biznesdir. Onda deməli bu sənət, bacarıqdır.

F) Amma… Siz hər şeysiniz.

Mən bir neçə həftə dostumu öz şirkətində görməyə getmişdim. O nəsə gözləyirdi və saat axşam 8 idi. Onunla bərabər heç kim qalmamışdı. O tək gözləyirdi.. Mən ondan soruşdum ki, niyə ofisə CEO götürüb, özü "founder” olmur. O isə dedi ki, bu mümkün deyil. Siz satış təmsilçisisiniz, siz dizaynersiniz, siz müştəri xidmətlərinin işçisisiniz, siz marketoloqsunuz. Bütün bunlar yalnız sizdə birləşməlidir. Məhz bu cür siz öz yolunuzda peşəkar ola bilərsiniz.

G) İnsanlar sizə nifrət edəcək.

Vecinizə almayın. İnsanlar sizə bəd fikirlər söyləyəcək. Qulaq asmayın. İnsanlar sizin motivasiyanızı pozmaq istəyəcək. Həvəsdən düşməyin. İnsanlar sizi bəzi tədbirlərə çağıracaq. Getməyin.

H) Bəzi şeylər hər gün tərs gedəcək.

Panikaya düşməyin. Əvvəldən gözləyin bunu. Dəyərləndirin və həll edin.

I) Heç vaxt "Mən sahibkaram” deməyin

Deyin ki, mən "X” yaradıram. İnsanları necə xoşbəxt etdiyinizə baxın. Bəziləri bezəcək. Onların nədən bezdiyini tapıb tədbir görün. Sizi aldadacaqlar. Xəyanətləri düzəldəcək şəxs olun.

J) Mənə qulaq asmayın.

Siz sahibkarsınız. F bəndindəki hər şeyi edin.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×