İnternetdə Battlefield 5 oyunundakı hadisələrin Birinci Dünya Müharibəsində cərəyan edəcəyi haqqında məlumatlar yayılıb. Təbii ki, bu məlumatlar hələki öz rəsmi təsdiqini tapmayıb. Sözügedən məlumat İsveç saytı WoG.ch-da qeyd olunub. Təqdim olunmuş məlumata əsasən oyun 25 Oktyabr 2016-cı il tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq. "Hadisələrin Birinci Dünya Müharibəsində cərəyan edəcək multiplayerli taktik shooter" başlıqlı məlumat sayta yerləşdirilib. DICE studiyası isə bu məlumatı hələki şərh etmir. Qeyd edək ki. bir neçə vaxt bundan öncə Electronic Arts şirkəti bildirmişdi ki, yeni Battlefield 31 Mart 2017-ci il tarixinə kimi satışa çıxacaq. Həmin vaxt aralığında Titanfall 2 və Mass Effect: Andromeda da satışa çıxacaq.
Şərh yoxdur