
Oyun sənayesində özünü artıq güvənilir bir mənbə kimi sübut edən shinobi602 öz Twitter səhifəsində Battlefield 5 oyununun yaxın zaman ərzində anonsuna işarə edən bir sıra paylaşımlar edib. Öz paylaşımında o oyunun 6 may tarixində anons olunacağına işarə verib. Həmin paylaşımdan sora isə sözügedən mənbə Battlefield seriyasının müxtəlif hissələrinə aid soundtracklar paylaşıb. Bu cür paylaşımlardan sonra heç bir şüphə yaranmır ki, söhbət yeni Battlefield oyunundan gedir. Bu arada DICE studiyası tərəfindən mətbuata oyunun təqdimatı üçün dəvətnamələr göndərilib. Bu xəbər isə hələki şaiyədir. Həmçinin internetdə yeni oyunun adının və onun çıxış tarixinin qeyd olunduğu foto paylaşılıb. "Avropa ittifaqına qoşularaq rus işğalçıları ilə mübarizə aparın və Şərqi Avropanın Kiev, Vilnüs, Minsk və Tallin kimi gözəl şəhərlərinə səyahət edin”.