main-post-cover

    Şaiyə: Devil May Cry 5 hazırlanma mərhələsindədir

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Devil May Cry pərəstişkarları arasında oyun seriyasının 5-ci hissəsinin hazırlanması haqqında şaiyələr yayılıb. Bu şaiyələrin yayılmasında və oyun mətbuatında böyük müzakirəyə yol açan əsas səbəb motion capture studiyalarının birində çəkilmiş foto olub. Belə ki, fotoda Devil May Cry 4 oyununda Nero obrazını canlandırmış Johnny Yong Bosch və onun tərəfdaşı Reuben Langdon (Dante obrazını canlandırmış aktyor) əks olunub. Real həyatda Bosch və Langdon yaxın dostdurlar. Belə qənaətə gəlmək olardı ki, onları hansısa digər oyun üzərində çalışmaq üçün dəvət ediblər. Lakin burada bir nüans var. Sözügedən şaiyə sosial şəbəkələrdə müzakirə edilməsinə başlamasından və jurnalistlər tərəfindən böyük diqqətə tuş gələndən sonra aktyorlar fotonu tez bir zamanda pozublar. Devil May Cry 3 ilə Devil May Cry 4 oyunlarının yaradıcısı Itsuno Hideaki dəfələrlə qeyd etmişdi ki, məşhur oyun seriyasının yeni oyunu üzərində çalışmaq arzusundadır. Keçən ilin may ayında o bildirmişdi ki, Devil May Cry seriyasının böyüdülməsi haqqında müzakirələr gedir. Lakin oktyabr ayında məlum oldu ki, yeni oyunun hazırlanmasında hələki heç bir dəqiq plan yoxdur. Bəlkədə yeni oyunun aktiv şəkildə hazırlanmasına bir neçə vaxt bundan qabaq start verilib.

    Linki kopyala