main-post-cover

    Şaiyə: God of War 4 Skandinaviya mifologiyasından bəhs edəcək

    Digər
    07.05.2017
    Farid Pardashunas
    İnternetdə yayılmış və təsdiq olunmamış məlumatlara əsasən Sony Santa Monica studiyası God of War 4 oyununu Skandinaviya mifologiyası üslubunda hazırlayacaq. Buna ilk işarə edən oyun sənayesində məşhur mənbələrdən biri olan shinobi602 olub. Bu şaiyələrdən sonra NerdLeaks portalı studiyada fəaliyyət göstərən rəssamların sosial şəbəkələrdə olan istfadəçilərini incələməyə başlayıblar. Araşdırmalar əsnasında portal keçən ilin sentyabr ayından dekabr ayına kimi studiyanın anonsu olmamış oyunu üzərində çalışmış rəssamlardan birini tapıb. Onun istfadəçisinin gizli bölməsində God of War 4 oyununa aid ola biləcək fotolar aşkarlanıb. Fotoda Kratosa bənzəyən saqqallı personaj təsvir olunub. Onun əlində isə Skandinaviya mifologiyasını xatırladan silah var. Bundan əlavə olaraq məlumatlar arasında personajın Skandinaviya mifologiyasında rast gəlinən Alfheim adlı yerdə olacağı qeyd olunub. Məlumatları paylaşandan sonra NerdLeaks portalı sındırılıb. Sındırılandan sonra portalın baş səhifəsində "Artıq heçnə sızdırmayın. Sizə xəbərdarlıq edildi" yazısı peyda olub. Bundan əlavə olaraq portalın Twitter səhifəsi də bağlanıb. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər