main-post-cover

    Şaiyə: Left 4 Dead 3 və Half-Life 3 haqqında məlumatlar

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Özünü Valve şirkətinin keçmiş testçisi kimi qələmə verən Reddit portalının istifadəçisi şirkətin gələcək planları haqqında maraqlı məlumatlar paylaşıb. İlk öncə o qeyd edib ki, son 5-6 ay ərzində Valve piratçılığı 40-50% aşağı salacaq yeni antipirat sistemi üzərində çalışıb. Oyunlara gəldikdə isə Half-Life 3 hələki aktiv şəkildə hazırlanma mərhələsinə keçməyib.  İstifadəçi bildirib ki, Valve test üçün proyektin heç bir demosunu təqdim etməsədə oyunun təqribi çıxış tarixlərini nəzərdən keçirdib. Mümkün çıxış tarixləri isə 2017-ci ilin 4-cü rübü və ya 2018-ci ilin əvvəlidir. Yaxın zamanda şirkətin yeni oyunu Left 4 Dead seriyasının yeni hissəsi olmalıdır. Lakin yeni hissənin yanında "3" rəqəmi olmayacaq. Məlumata görə oyunda hadisələr virusun yayılma günü və ondan bir ay sonrakı dövrdə cərəyan edəcək. Yeni oyunda 5 singleplayer rejim (Crashland, Impasse, Inquisitor Land, Early Destination Cliff-Hanger) təqdim olunacaq. Oyunu pre-order etmiş oyunçuları isə Left 4 Dead oyunundan olan "No Mercy" rejiminin remake-i bonus kimi təqdim olunacaq. Həmin rejimdə oyunçular birinci hissənin baş qəhrəmanları rolunda oynaya biləcəklər. Indi isə yeni hissədə zombiləri məhv edəcək qrupun üzvləri ilə tanış olun.
     
    Irvin - afroamerikalı qanqster
     
    Katherine - 24 yaşlı stüardessa
     
    Keenan - qaradərili komiks pərəstişkarı
     
    Garret Jr - kenpo döyüş sənətinə yiyələnmiş personaj
     
    Qeyd edək ki, bütün bu məlumatlar rəsmi şəkildə təsdiq olunmadığı üçün yalnızca şaiyə kimi qəbul olunur.
    Linki kopyala