

İnternetdə PS4 konsolunun yenilənmiş daha güclü versiyası (PlayStatin 4.5 \ PlayStation 4K) haqqında yeni məlumatlar yayılıb. Həmin məlumatları sizlərə təqdim edirik.
- Hal hazırda Sony şirkəti daha güclü qrafik prosessorlu PlayStation 4K modelini $399 qiymətinə satışa çıxartmağı planlaşdırır. Bundan əlavə olaraq yenilənmiş CPU versiyalı konsol haqqındada danışıqlar gedir. Bu halda konsolun qiyməti $499 olacaq. Məlumata görə konsolun qiyməti $499-dan baha olmayacaq
PlayStation 5 haqqında ilk iddialar səslənib!
- PlayStation 4K-ın CPU-u adi versiyadan iki dəfə güclü və sürətli olacaq
- Konsolun yeni versiyası istifadəçilərə 4K formatlı videoları dəstəkləyən Blu-Ray sistemi və 4K formatlı oyunları təqdim edəcək
- Studiyalar artıq yeni versiya konsol üçün nəzərdə tutulmuş oyunlar üzərində çalışırlar. Bu cür oyunlardan biri isə God of War 4 olacaq. Siyahıda həmçinin çoxdan anonsu olmuş Deep Down və Gran Turismo Sport oyunları var
- PlayStation 4K üçün hazırlanacaq oyunları adi PlayStation 4 konsolundada oynamaq mümkün olacaq. Lakin bu zaman oyunun keyfiyyəti nisbətən aşağı düşəcək
- Artıq satışa çıxmış oyunlar yeni konsolda əvvəlki kimi görünməyəcəklər. Bu barədə adi PS4 ilə PlayStation 4K arasında sinxronlaşma Sony-in planında yoxdur. Görünür daha yaxşı qrafika görmək üçün oyunçular PlayStation 4K üçün keçmiş oyunları yenidən almalı olacaqlar
Şərh yoxdur