
Şaiyə: Red Dead Redemption 2-dən yeni məlumatlar
Digər
07.05.2017
Farid Pardashunas
NeoGAF istifadəçilərindən biri adı hallanmayan mənbədən Red
Dead Redemption 2 oyununun xəritəsinin şəklini əldə edib. Bir qədər keçdikdən
sonra isə həmin şəkil pozulub. Daha sonra Techradar portalı bildirib ki, oyunun
hazırlanmasına yaxın olan mənbəyə əsasən həmin şəkil doğurdan da Red Dead
Redemption 2 oyununa aiddir. Xəritənin aşağı sol hissəsində Great Plains adlı ərazi
var. Həmin ərazidə birinci oyunda olmuş Blackwater kəndi yerləşirdi. Belə qənaətə
gəlmək olar ki, yeni oyunda hadisələr bizə tanış olan ərazilərdən şərqdə cərəyan
edəcək. Great Plains ərazisində dəmir yollarının olmaması isə onu göstərir ki,
hadisələr birinci oyundakı hadisələrdən daha əvvəl baş verəcək. Maraqlı
faktlardan biri də odur ki, xəritənin aşağı sağ tərəfində New Bordeaux adlı ərazi
qeyd olunmuşdur. New Bordeaux isə Mafia 3 oyununda hadisələrin cərəyan edəcəyi
şəhərin adıdır. Hər iki oyunu bir şirkət birləşdirir (Take-Two Interactive).


Linki kopyala
Həftənin xəbərləri

