Internetdə təsdiq olunmamış məlumatlara görə Electronic Arts şirkəti 2005-ci ildə çıxmış Star Wars: Republic Commando oyununun davamı üzərində çalışır. Məlumata görə yeni oyun Star Wars: Imperial Commando adlanacaq. Deyilənə görə oyun 2017-ci ilin noyabr ayında PC, PS4, Xbox One və Nintendo NX üçün satışa çıxacaq. Oyunun ilk traileri isə E3 2016 oyun sərgisində təqdim olunacaq.
- Mənbənin verdiyi məlumata inansaq oyun hal-hazırki nəsil konsollarda qrafik cəhətdən ən gözəl oyun olacaq. Belə ki, Star Wars: Imperial Commando Frostbite 4.0 oyun mühərriki əsasında hazırlanır. Yeni oyunda əsas diqqət singleplayer rejimə yönəlsə də multiplayer rejimsiz keçinməyəcək. Güman olunur ki, multiplayer rejim Call of Duty dəbində olacaq. Yəni kiçik xəritələr lakin daha dinamik gameplay.
- Oyunun əsas özəlliyi isə 4 nəfərlik co-op rejim olacaq. Beləliklə oyunçular oyunu daha əyləncəli şəkildə oynaya biləcəklər. Hər bir personaj öz unikal gücünə və silahına sahib olacaq. İstifadəçi interfeysi və kameranın dəbilqədən görünmə özəllikləri oyunu daha dinamik edəcək. Oyunun müəyyən yerlərində hətda nəqliyyat vasitələri də olacaq.
- Ətraf mühitin böyük bir hissəsi məhv olmaq qabiliyyətinə malik olacaq. Məsələn siz oyunda kosmosda kosmik gəminin həssas yerinə atəş açsaz həmin anda kosmosa uçacaqsınız.
- Nəzərə alsaq yeni oyunda əsas diqqət singleplayer rejiminə ayrılıb onda güman etmək olar ki, süjet xətdi bir neçə planetdə cərəyan edəcək.
- Müxtəlif cihazlar, avadanlıqlar və radarlar üçün ikinci ekran yaradılacaq (Fallout 4 oyunundakı Pip-boy kimi).
- Oyunu Ostin şəhərində yerləşən məşhur şirkət hazırlayır.
- Star Wars: Imperial Commando keçən il satışa çıxmış Star Wars: Battlefront-dan tamamilə fərqlənəcək.
- Oyunun anonsunun bu ilin fevral ayında baş tutacağı gözlənilir.
Şərh yoxdur