main-post-cover

    Şaiyə: Yeni Assassin\'s Creed haqqında məlumatlar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Artıq neçə illər ərzində Assassin's Creed oyun seriyasının yeni hissəsi hər il satışa çıxır. Bu artıq bir növ ənənəyə çevrilib. Lakin dünən yayılmış şaiyələrə əsasən məşhur seriyanın yeni hissəsi bu il satışa çıxmayacaq. Özünü Ubisoft şirkətinin işçisi kimi təqdim etmiş 4chan portalının istifadəçisi qeyd edib ki, yeni oyunu biz yalnız 2017-ci ildə görə biləcəyik. Assassin's Creed Unity və Syndicate oyunları haqqında məlumatları rəsmi anonsdan qabaq yaymış Kotaku jurnalistləri bu xəbərin doğru olduğunu bildiriblər. Verilən məlumata görə yeni oyunu Assassin's Creed Black Flag oyununu yaratmış Ubisoft Montreal studiyası istehsal edir. Onun 2017-ci ilə kimi təxirə salınmasının əsas səbəsi isə oyunun sıfırdan PS4, Xbox One və PC üçün hazırlanmasıdır. Kotaku-da olan məlumata görə oyun hələki Assassin's Creed Empire adlanır. Həmçinin bundan sonra seriyanın yeni oyunları hər iki ildən bir satışa çıxacaq. Onların sözlərinə görə bununla studiya oyunun hazırlanmasında daha çox vaxta sahib olacaq və oyunçular beləliklə seriyadan bezmiyəcəklər.
     
    4chan portalının anonim mənbəsi istifadəçilərin suallarına cavab verərkən qeyd edib ki, studiya yeni oyunda hər şeyi sıfırdan yaradır. Köhnə materiallardan yalnız animasiyalar istifadə olunur. Lakin onlar da dəyişikliyə məruz qalacaqlar. Empire-da hadisələr qədim Misir-də baş verəcək. Məlumata görə yeni oyunda studiya öz diqqətini ssenariyə yönəldəcək. Hadisələr isə assassinlərin və tamplierlərin yaranmasında daha əvvəlki vaxtda cərəyan edəcək. Faktiki olaraq Empire-ı seriyanın bütün oyunlarının prequel-ı hesab etmək olar. Oyunun baş qəhrəmanı isə keçmiş qul olacaq. Xarici görünüşcə o Altair-ə bənzəyir. Deyilənə görə baş qəhrəmanın öz şəxsi qartalı olacaq və oyunçular onu idarə edə biləcəklər. Bundan əlavə olaraq oyuna atlar, gəmilər və qayıqlar qayıdacaq. Gəmi və qayıqlar hələki böyük şəhərlər üçün nəzərdə tutulmuş nəqliyyat növü kimi qeyd olunub. Dəniz döyüşləri barəsində heç bir məlumat yoxdur. Müqayisə üçün yeni oyunun ərazisi Assassin's Creed Black Flag-ın ərazisindən 3 dəfə böyük olacaq. 
     
    Anonim mənbə həmçinin seriyanın ən birinci oyununada toxunub. O bildirib ki, birinci oyunun hazırlanması mərhələsində studiya oyuna Yunanıstan ərazisini də əlavə edəcəkmiş. Lakin sonradan bu fikirdən vaz keçib. İndi isə Empire-ın baş qəhrəmanın iştirak edəcəyi daha iki oyunun hazırlanması haqqında müzakirələr gedir. Həmin oyunlarda hadisələr Yunanıstanda və Romada baş verə bilər. Kotaku bildirib ki, bu il Assassin's Creed-i Watch Dogs 2 oyunu əvəz edəcək. Watch Dogs 2-də isə hadisələr San-Fransiskoda cərəyan edəcək. Qeyd edək ki, bütün bu məlumatları Ubisoft rəsmi şəkildə hələki təsdiq etməyib. Lakin inkar da etməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər