

VideoGamer portalının xəbərlər üzrə redaktoru David Scammell Call of Duty seriyasının yeni oyununun ola biləcək posterini öz Twitter səhifəsində paylaşıb. Posterdə göründüyü kimi yeni oyun Call of Duty: Infinite Warfare adlanacaq. Bundan əlavə olaraq posterdə qeyd olunub ki, oyunun Legacy Edition versiyasını alan hər bir şəxs Call of Duty 4: Modern Warfare oyununun remaster versiyasını əldə edəcək. Yeni oyunun çıxış tarixi kimi 4 Noyabr 2016-cı il göstərilib. Bütün bu xəbərlərin doğru olub olmadığını iyun ayında keçiriləcək E3 2016 oyun sərgisində biləcəyik.
Şərh yoxdur