main-post-cover

    Şaiyə: Yeni Call of Duty "Ghosts 2" olacaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hal-hazırda Infinity Ward studiyası tərəfindən hazırlanan yeni Call of Duty çox güman ki, 2013-cü ildə satışa çıxmış Call of Duty: Ghosts oyununun davamı olacaq. Bu cür məlumatı FragHero mənbəsi GamesTM jurnalına istinadan yayıb. Belə ki, sözügedən jurnalda hələki rəsmi anonsu olmamış oyun haqqında kiçik məqalə var. GamesTM jurnalında dərc olunmuş məlumata əsasən Call of Duty: Ghosts bu ilin noyabr ayında PS4, Xbox One və PC üçün satışa çıxacaq. Oyun haqqında hələki heç bir dəqiq məlumat olmasa belə jurnalistlərin qeyd etdiklərinə görə yeni oyun Modern Warfare seriyasının ilk hissəsi kimi keyfiyyətli olacaq. Qeyd edək ki, Call of Duty seriyasının son oyunu keçən ilin noyabr ayında satışa çıxmış Call of Duty: Black Ops 3 olub.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər