main-post-cover

    Samsung 3500 mAh batareyalı S6 Active modelinin satışına başlayıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung flaqman modeli S6-nın Active versiyasını ABŞ-da satışa buraxıb. Yenə IP67 sertifikatına sahib olan cihaz maksimum 1.5m dərinlikdə 30 dəqiqə suya davam gətirə bilir. Görüntüləri eyniilə S6 kimi 2K Super Amoled ekrandan ötürən cihaz Exynos-un 7420 prosessorundan güc alır. S6-ya nisbətdə 1000 mAh yaxın böyük artımla 3500 mAh batareyayla təchiz olunan smartfonun video və şəkil çəkmə xüsusiyyətləri S6 ilə eynidir.
    Linki kopyala