

Samsung 6 düymlük ekranı olan ağıllı telefonu Galaxy A9’u elan etdi. Çin’də təşkil olunan Galaxy A Party 2016 tədbirində tanıdılan Galaxy A 9’un 1080p Super AMOLED texnologiyasına sahib bu ekran digər modellərdən ölçüsü ilə fərqlənir. 7.4 mm qalınlığa sahib olan məhsul gücünü Qualcomm’un Snapdragon 652 prosessorundan alır. 3 GB RAM, microSD ilə genişlənən 32 GB daxili yaddaş, 13 MP arxa və 8 MP ön kamera, 4000 mAh batareya ilə təchiz olunan telefon Android Lollipop 5.1.1 əməliyyat sistemi ilə işləyir. Yanvardan etibarən hələlik Çin bazarına təqdim olunacaq telefonun digər ölkələrdə satılacağı və qiyməti barədə hələki rəsmi məlumat yoxdur.
Şərh yoxdur