"Samsung", akustik sistemlər istehsalçısı nəhəngi "Harman"ı 8 milyarda alır

"Samsung", akustik sistemlər istehsalçısı nəhəngi "Harman"ı 8 milyarda alır

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Samsung Electronics”, akustik sistemlər istehsalçısı "Harman International Industries”şirkətini alacağını elan etdi.

Müqavilənin dəyəri 8 milyard dollar təşkil edir və 2017-ci ilin yay fəslinədək bağlanması planlaşdırılır. "Harman” dünya bazarında professional səviyyədə akustik sistemlər istehsal edən məşhur şirkətlərdən biridir. Şirkət, Harman/Kardon, JBL, Mark Levinson, AKG, Lexicon, RevelInfinity brend adları ilə müxtəlif məhsullar istehsal edir. "Technote.az”ın "Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən güman olunur ki, müqavilənin bağlanması yekunlaşandan sonra "Harman”, "Samsung”un törəmə şirkəti olacaq. "Samsung”, şirkətin işçilərini, mərkəzi binasını, obyektlərini, istehlak və professional audiobrendlərini olduğu kimi saxlamağı planlaşdırır. "Harman”ın alışı "Samsung”a avtomobil akustika sahəsində yerini möhkəmlətməyə köməklik edəcək. Qeyd edək ki, bu il ərzində "Harman” satışlarının 65%-i məhz avtomobillərdə istifadə olunan akustik sistemlərə aiddir. Şirkətdə 8000-ə yaxın proqram təminatı işçiləri və mühəndislər çalışırlar. "Harman”ın sahib olduğu texnoloji imkanlar "Samsung”a smartfon, planşet, virtual reallıq cihazı və televizor bazarında rəqabət qabiliyyətinin artmasına şərait yaradacaq.

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×