Təxminən 5 il əvvəl,Apple Samsung-u məhkəməyə vermiş və öz smartfonunun xüsusiyyətlərinin oğurlandığını iddia etmişdi.Samsung illər sonra pulu təzminatı ödəməyə razılaşdı.
İki texnologiya nəhəngi arasında gedən bu patent müharibəsi sonda Samsung-un pulu ödəməsi ilə bitir.Samsung Apple-a 14 dekabra qədər 548 milyon dollar ödəyəcək.İllər sürən məhkəmə proseslərindən sonra 548 milyon dollar Apple üçün sadəcə simvolik bir zəfərdir.
Samsung və Apple müharibəsi bununla bitir?
Verilən açıqlamaya görə,Samsung bu haqqları öz əlində saxlamağa davam edəcək.Apple Samsung-u 2011 yazında məhkəməyə vermişdi.Bu məhkəmə 2012-ci ildə Apple-ın xeyrinə yönlənmişdi.Ama buna baxmayaraq,Samsung firmanın klikləmə ilə yaxınlaşdırma və digər xüsusiyyətlərini öz məhsullarında istifadə etmişdi.
Apple bütün bunların nəticəsi kimi 2,5 milyard dollar tələb etmiş,sonda isə 1 milyard dollar alacağı qərarı çıxmışdı.Bu ilin May ayında isə Samsung bu rəqəmi 548 milyon dollara salmışdı.İllər sonra axır ki,Samsung pulu ödəməyə razılaşdı.
Amma Samsung-un növbəti məhkəmələrdə ödədiyi pulu geri qaytara bilməsi haqqının olması bu mübarizənin hələ davam edəcəyinə işarədir.
mənbə: shiftdelete.net
Şərh yoxdur