
Samsung Chromebook Pro-nun ilk foto və məlumatları sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Samsung” şirkəti vaxtından əvvəl yeni noutbuku olan Chromebook Pro haqqında məlumatları paylaşıb.

Məlumatların tez bir zamanda silinməsinə
baxmayaraq onlar artıq internetə yayılıblar. Chromebook Pro, Pen stilusunu dəstəkləyən
və əyilə bilən noutbukdur. "Technote.az"ın "Ferra.ru"a istinadən verdiyi xəbərə əsasən noutbuk Chrome OS sistem əməliyyatı vasitəsilə çalışır.
Noutbuk 12 inç ekran, 6 nüvəli ARMv8 prosessoru (2 ədəd ARM Cortex-A72 və 4 ədəd
ARM Cortex-A54 nüvəsi), 4 GB RAM və 32 GB daxili yaddaş ilə təchiz olunmuşdur.
Daxili yaddaşı microSD özəlliklə artırmaq mümkündür. Noutbuk bir dəfə şarj
olunmaqla 10 saat işləyə bilir. Həmçinin Chromebook Pro, 2 ədəd USB Type-C,
yaddaş kartı və Pen stilus girişlərini özündə birləşdirir. Noutbukun qalınlığı
13.9 mm çəkisi isə 1.08 kq təşkil edir.



Linki kopyala
Həftənin xəbərləri

