main-post-cover

    "Samsung" əyilə bilən smartfonları nə zaman satışa çıxardacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti artıq neçə ildir ki, əyilə bilən smartfon və planşetlərin satışa çıxmasını söz verir.

    Keçən il şirkət rəsmiləri söz vermişdilər ki, ilk belə cihazlar artıq 2016-cı ildə satışa çıxacaq. Lakin bu ilin may ayında xəbər yayıldı ki, həmin cihazların çıxışı 2017-ci ilə təxirə salınıb. Bir ay sonra isə şirkətin ABŞ şöbəsi prezidenti Qreqori Li (Gregory Lee) təsdiqlədi ki, şirkət artıq bu cür cihazlar üzərində işləyir və onları gözləmək çox vaxt almayacaq. "Technote.az”ın "Phonearena.com”a istinadən verdiyi xəbərə əsasən internetə "Samsung”un müxtəlif əyilə bilən cihazlarının təsviri olan patentləri sızdırılıb. Maraqlısı ondadır ki, patentlərdə əks olunmuş cihazların hamısı Galaxy Wings adlanır. Çox güman ki, şirkətin əyilə bilən cihazlar seriyası məhz belə adlanacaq. Sızdırılmış patent fotolarda cihazın müxtəlif cür istifadəsi əks olunmuşdur. Məsələn cihazı əyərək qolbaq kimi istifadə etmək və ya virtual klaviaturaya və sotlüstü saata çevirmək. Lakin şirkətin ilk əyilə bilən smartfonunun görünüşü hələki sirr olaraq qalır.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər