
Samsung Galaxy A8-in texniki parametrləri paylaşılıb.
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Samsungun metal korpuslu A seriyasının yeni üzvü haqqında məlumatlar artıq yayılmağa başlayıb. Snapdragoon-un 64-bit prosessoru 615-dən güc alan smartfon 2 GB rama, 32 GB daxili yaddaşa və 3050mAh batareyaya sahibdir. 5.6 düym Full HD ekranla təchiz edilən cihazın ən maraqlı xüsusiyyəti isə qalınlığının cəmi 5.9mm olmasıdır. Bu göstərici ilə Samsung-un bu günə qədər hazırladığı ən nazik smartfon olan A8-in şəkil və video çəkmək bacarıqları da pis deyil. Belə ki, telefonun ön kamerası 5 MP, arxa kamerası isə 16 MP Sony lensləridir və bu səbəbdən A8 full hd video çəkilişində heç bir problem yaşamır.
Linki kopyala
Həftənin xəbərləri

