main-post-cover

    Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbər yayımlanıb. Lap əvvəl Zaubada siyahıya alınmış və WIFI-Bluetooth sertifikatlarınıda almışdı. Verilən son məlumata görə smartfon artıq FCC sertifikatını da alıb. Telefonun həm standart həm də iki sim-kart dəstəkli modeli A9 Pro artıq FCC tərəfindən təsdiqlənib. Lakin sertifikatın alındığı tarix haqqında heç bir məlumat yoxdur. Bundan belə nəticə çıxır ki, Galaxy A9 Pro modeli tezliklə təqdim oluna bilər. Əvvəlki şaiyələrə görə Polşalı bir satıcı bir müddət əvvəl A9 Pro-nun ön sifarişlərini almağa başlamışdı. Galaxy A9 -un inkişaf etdirilmiş modeli olan A9 Pro 4GB RAM, 32 GB daxili yaddaş, 16 MP arxa kamera və 5000 mAh batareyaya sahibdir.


    Linki kopyala