Samsung Galaxy A9 Pro 'nun xüsusiyyətləri məlum oldu.

Samsung Galaxy A9 Pro 'nun xüsusiyyətləri məlum oldu.

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Samsung Galaxy A ailəsinə bir yeni üzv əlavə olunur. A9 modelinin daha güclü performansa və göstəricilərə sahib olan davamçısı A9 Pro\'nun texniki göstəriciləri məlum oldu.

Hal hazırda Samsung cəbhəsində bütün gözlər Galaxy S7 üzərindədir. Lakin buna baxmayaraq Cənubi Koreya firması başqa telefonlar üzərində işləməyə davam edir. Sözü gedən telefonlardan biri də Galaxy A9 Pro modelidir. Bir neçə həftə öncə Samsung\'un A9 Pro modeli haqqında məlumatların sızdırılması barədə sizlərə məlumat vermişdik. Bu dəfə isə GFXBench testləri ortaya çıxan modelin xüsusiyyətləri bəlli olub.
 


Modeldə diqqət çəkən məqamlardan biri ekranın 5.5 düyüm olmasıdır. Telefonun digər xüusiyyətləri isə aşğıdakı kimidir:

Çipset olaraq 1.8 GHz, Cortex-A72 octa core Snapdragon 652\'nin olduğu telefonda 4GB RAM və 16 meqapiksel arxa, 8 meqapiksel ön kamera yer almaqdadır. Arxakamera 4.608 x 3.456 piksel sıxlığında şəkil çəkmək qabiliyyətinə malikdir.Ön kamera üçün isə bu 3.264 x 2.448 ölçüsündədir. 

Önümüzdəki həftələrdə rəsmi olaraq tanıdılacaq telefonun çıxış tarixi və qiyməti hələki məlum deyil. Təxmini qiymətinin isə 500-600 dollar arası olacağı gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini hack etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: Günlərin birində Tesla , Apple dan daha bahalı şirkət olacaq ..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×