Reklam
Samsung Galaxy Note 5 - Kral öz yerini qoruyur (yazılı və video icmal)

Samsung Galaxy Note 5 - Kral öz yerini qoruyur (yazılı və video icmal)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon


 

 

 

Samsung Galaxy Note 5 - Kral geri qayıdır (yazılı icmal)

Samsung-un bayraqdar Note seriyası həmişə böyük ekranı, güclü performansı və S Pen-i ilə rəqiblərindən ayrılıb. Amma bu gün vəziyyət fərqlidir. Artıq hər telefonun ekranı böyükdür və zəif performanslı telefon tapmaq da asan məsələ deyil. Bəs bu vəziyyətdə hər tərəfdən müsbət rəylər alan yeni Note 5 rəqiblərindən daha yaxşı olmağı necə bacarır? Gəlin birlikdə aydınlaşdıraq.

Dizayn

Note 5-in dizaynı Galaxy S6 ilə çox bənzərdir. Bu da o deməkdir ki, artıq qopan, rəngi solan və xoşagəlməz plastiki parlaq aliminiumlu və əldə tutarkən zövq hissi verən keyfiyyətli korpus əvəz edib.

Note 5-in arxa hissəsində 16MP kamera, flash və təzyiq ölçən qurraşdırılıb. Smartfonun korpusu bütöv olduğundan arxa qapaq açılmır və sd kart girişi də yoxdur. Amma telefonun ən az yaddaşlı versiyasının 32GB-la gəldiyini nəzrə alsaq sd kart girişinin yoxluğunun özünü bir o qədər də birüzə verməyəcəyini demək olar.

5.7 inç ölçülü telefonun ön hissəsində ənənəvi Samsung home düyməsi yerləşdirilib. Gorilla glass- 4-lə qorunan panelin altında isə Samsung-un Super AMOLED ekranı dayanır. Super AMOLED həmişəki kimi canlı rəng tonları və dəqiq görüntüsü ilə öz işinin öhdəsindən gəlir. Gün işığında da problem yaratmır.

Kamera

Samsung smartfonlarının ən gözəl xüsusiyyətlərindən biri və bir çoxlarına görə birincisi sözsüz ki, keyfiyyətli kameralarıdır. Note 5-in önündə 5MP arxasında isə 16MP ölçülü kameralar qurraşdırılıb. Əsas kamera mükəmməl çalışır. İnkişaf etmiş lens S6-da da olduğu kimi çox cəld fokuslama və şəkil çəkmə qabiliyyətinə malikdir. Amma Note 5-in şəkil çəkməkdə cəld davranması keyfiyyətə qətiyyən təsir etmir. Bütün fotolar son dərəcə keyfiyyətli çəkilir. İşıq və kölgə effektləri kimi, rəng çalarları da aydın və gözəl seçilir. Əgər bütün bunlar sizi qane etməsə Note 5-in real time HDR xüsusiyyətindən istifadə edərək tam istədiyiniz kimi kəskin görüntüləri də əldə edə bilərsiniz.

Əlbətə Note 5-in selfi kamerası da yenilənib. 5MP yeni ön kamera artıq daha geniş, 120 dərəcə görüntü çəkə bilir. Bu xüsusiyyətin köməyiilə həmişə kənarda qalan dostunuz da artıq selfiləriniz də özünə yer tapa biləcək.

Telefon-un video modunda çoxsaylı əlavələr olmasa da 16MP kamera 30 FPS-də son dərəcə təmiz, 4K videolar çəkə bilir. Video modunda panorama, slow motion kimi sadə xüsusiyyətlər lə yanaşı youtube üzərindən canlı yayım etmək üçün kiçik amma yararlı bir modda var.

Performans

Hər modelində olduğu kimi bu dəfə də Note seriyasının yeni üzvünün texniki parametrləri ən üst səviyyədədir. Note 5 çox güclüdür. 8 nüvəli Exynos prosessorunu qoyaq bir kənara 4GB ramı və Mali T760MP8 GPU-su ilə bu smartfon rəqiblərindən çox öndədir. Bəlkə bir çoxları 4GB ram-ın smartfon üçün çox olduğunu düşünə bilər lakin bunu düşünənlərin Note 5 istifadə etmədiklərinə əmin ola bilərsiniz. Bu smartfon-da oyun oynamaq və internetdə gəzinməklə bağlı heç bir problem yaşanmır. Twitter-dən çıxıb instagrama girin, whatsapp-dan youtube-a keçin və video izləyərkən eyni anda messenger-dən gələn mesajlara cavab yazın, sonra arxa planda işlək vəziyyətdə olan oyuna davam edin və sıfır donma ilə qarşılaşın. 4GB Ram sağolsun Note 5-in multimedia bacarıqları sözün əsl mənasına sonsuzdur.

S Pen

Galaxy Note 5-i Note ailəsinin üzvü edən ən əsas amillərdən biri sözsüz ki, S-Pen-dir. S Pen artıq beşinci dəfədir yenilənir və bu onu digər styluslardan fərqləndirir. Bu inkişaf etmiş ağıllı qələmlə Note 5 birləşdikdə isə qüsursuz kombinasiya alınır. Bu qələmin əsas məqsədi sizin gündəlik işlərinizi asanlaşdırmaqdır. Nəsə qeyd etmək lazımdır? Elə isə S Peni yuvasından çıxarın və kilid ekranına toxunmadan, heç bir tətbiqetməyə daxil olmadan qeydə başlayın. Əlbəttə bu qeyd modu S Note kimi funksional deyil amma çox tez köməyə çatır. S Note-a gəldikdə isə yeni versiyanın Note 5-də həqiqətən çox daha sürətli və düzgün işlədiyini deyə bilərik. Artıq avto seyv funksiyası var və keçidlər son dərəcə asandır. Bundan əlavə yeni qələmin Air Command menusunu da unutmaq olmaz. Yeni S Pen-in Note 5-ə gətirdiyi əsas xüsusiyyətlərindən biri yenilənmiş Air Command menusudur. S Pen-i əlinizə aldığınız an açılan bu menu sizə qələmin xüsusi tətbiqetmələri və qeydlərlə sürətli əlaqə imkanı yaradır. Əlavə olaraq özünüz də bu menuya facebook və ya instagram kimi gündəlik ən çox istifadə etdiyiniz tətbiqləri əlavə edə bilərsiniz. Eyni zamanda siz S Pen-in köməyi ilə yeni printscreen modu screen capture ilə uzun screenshot əziyyətinə son və hətta ən son yeniləmənin köməyi ilə pdf fayllar üzərində S Pen-lə düzəlişlər də edə bilərsiniz.

------------------------------------------------------------------------------------------------------------------------

Tətbiqetmə

Samsung Galaxy Note 5 Android 5.1.1 ilə gəlir. Telefonun üzərində əvvəlki modellərdə olduğu kimi çoxsaylı əlavə tətbiqetmələr yüklü gəlmir amma S Health və S Pen kimi Note seriyası üçün xüsusilə hazırlanmış tətbiqlər öz yerlərini qoruyurlar. Məşhur air command menyusu isə əla çalışır. Yalnızca Samsung Galaxy Note 5-də olan bu xüsusiyyətlə S Pen istifadəçiyə sürətli və çox rahat idarə imkanı verir.

------------------------------------------------------------------------------------------------------------------------

Batareya

Note 5-in batareyası 3000 mAh ölçüsündədir. Bir həftəyə yaxın istifadə etdiyimiz cihaz tam dolu halda avtomatik ekran parlaqlıq rejimində dayanmadan istifadə zamanı web sörfing, mahnı dinləmə və biraz oyunla birlikdə 9 saatdan çox dayandı hansı ki, belə bir telefon üçün gözəl göstəricidir.

Telefonun batareyasının yenidən dolması 5%-dən 100-ə 60 dəqiqədən bir qədər çox çəkir. Gündəlik istifadə də isə Note 5 bir gün enerjisi tükənmədən rahat istifadə oluna bilir. Əgər telefondan çox da aktiv istifadə etmirsinizsə hətta iki günü belə smartfonu enerji mənbəyinə taxmadan tamamlaya bilərsiniz. Amma hər 10 dəqiqədən bir whatsappa girib, facebook hesablarını yoxlayan istifadəçilər üçün günün sonunda enerji göstəricisi 30% olacaq. Ən azından bəziləri kimi gün boyu yanınızda adapter daşımalı deyilsiniz. (apple-a söz sox)

Sonluq

Yenilənmiş əla dizaynı, mükəmməl kamerası və sonsuz multimedia bacarıqları ilə yeni Samsung Galaxy Note 5 hər bir smartfon istifaçisinin arzuladığı telefondur. Artıq S Health daha düzgün çalışır, S Pen isə bir iki günlük öyrəşmə müddətindən sonra artıq hər işinizi sürətləndirir. Əgər siz də böyük ekran, stylus qələm və güclü performansla yanaşı tam stabil çalışa bilən və sizi qətiyyən bezdirməyəcək bir smartfon axtarırsınızsa Note 5 ideal seçim ola bilər.

 

 

 

 

 

 

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×